SƏTTAR MEHBALIYEV
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti 24.09.2014-cü il
Azərbaycana qarşı növbəti qərəzli və qeyri-obyektiv mövqe
Sentyabrın 18-də Avropa Parlamenti (AP) Azərbaycanla bağlı yeni qətnamə qəbul edib. AP-nin bir qrup deputatının hazırladığı sənəddə Azərbaycanda guya vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblərin olması diqqətə çatdırılaraq pislənib, eyni zamanda, hökumət insan haqları sahəsində islahatlar aparmağa çağırılıb.
Birmənalı şəkildə demək olar ki, bu qətnamə qərəzli və qeyri-obyektiv mövqedən hazırlanıb. Son illərdə ölkəmizin sürətli inkişafı, insanların rifahının yaxşılaşması, hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur.
AZƏRBAYCAN qəzeti 07.05.2014-cü il
Demokratik dövlətin qurucusu
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərin qorunması, elmin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, şaxələndirilmiş layihələrə marağın artması bilavasitə ümummilli liderin xidmətlərinin nəticəsidir.
AZƏRBAYCAN qəzeti 18.10.2013-cü il
Düşünülmüş, sürətli və davamlı inkişafın müəllifi
Oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalq öz sözünü dedi. Həmin gün xalq növbəti 5 il üçün ölkənin taleyini kimə tapşıracağını müəyyənləşdirdi. Etiraf etmək lazımdır ki, hələ seçkilər ərəfəsində bütün siyasi, ictimai təşkilatlar xalqın iradəsi haqqında dəqiq məlumatlı idi. Respublikanın iqtisadi, sosial inkişafı, əhalinin mövcud rifah halı, dövlətimizin beynəlxalq aləmdə nüfuzu, seçkilərdə cənab İlham Əliyevə hansısa alternativ rəqibin qələbə çalmasına azacıq da olsa, necə deyərlər, əl yeri qoymurdu. Həmkarlar İttifaqı İlham Əliyev fenomeninin nəyə qadir olduğunu, hakimiyyətə gəlişinin məramını hələ on il əvvəl görmüş, ona inam göstərmişdi.
AZƏRBAYCAN qəzeti 05.04.2013-cü il
Ulu öndərin qayğısını hər zaman hiss edirdik
Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur.
“Freedom House” Azərbaycana qarşı qərəzli xislətini bir daha göstərdi
Təşkilat“Dünyada azadlıqlar: 2013” adlı hesabatındakı Azərbaycan haqqında əsassız və qərəzli mövqeyinə sadiq qalmışdır
Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları arasında “Freedom House” təşkilatı bir qayda olaraq ön sırada gedir. Bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox və geniş yer verir və bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən daurələrin, beynəlxalq qeyri-hökumət təşkilatlarının mövqeyini ifadə etmiş olur.