top of page

Səttar Mehbalıyev: “Əhalinin rifah halı yüksək səviyyədə təmin edilib”

22.10.2014 (OLAYLAR) 

 

“Qətiyyətlə demək olar ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatı dinamik sürətlə inkişaf etməkdədir. İqtisadi islahatların dərinləşməsinə, çoxsahəli inkişafın həyata keçirilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş kursun həyata keçirilməsi makroiqtisadi və əhalinin rifah halının artım göstəricilərinin yüksək səviyyəsini təmin etmişdir”. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, ölkədə məşğulluq siyasəti sistemləşdirilmiş şəkildə həyata keçirilir: “Keçirilən islahatların nəticəsidir ki, əmək bazarında pozitiv dəyişikliklər davam etməkdədir. Həyata keçirilən məqsədli proqramların nəticəsində təkcə 2014-cü ilin son 9 ayında 100 min yeni iş yerləri yaradılmış, son 10 il müddətində isə bu rəqəm 1 milyon 300 minə çatmışdır. Bu gün işsizliyin səviyyəsi 5 faizdir”. Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak edərək yarandığı ilk illərdən öz işini bu istiqamətdə qurur. Bu gün deyə bilərik ki, müdafiə funksiyalarımızın həyata keçirilməsi üçün həmkarlar ittifaqları strategiyasının müəyyən edilməsində biz Ümum Həmkarlar İttifaqları Konfederasiyasının model sənədlərinə, həmkarlar ittifaqının sosial-iqtisadi siyasətinin formalaşmasına dair tövsiyyələrinə əsaslanırıq”.

Səttar Mehbalıyev: "Qlobal problemlərin həllində birgə səy göstəririk"

22.10.2014 (SİA)

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev isə çıxışında diqqətə çatdırıb ki, ölkədəki inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir. Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S. Mehbalıyev deyib ki, AHİK-lə ÜHİK, eləcə də təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir: “Qlobal problemlərin həllində birgə səy göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2001-ci ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Üzv olduğumuz təşkilatların maraqlarına uyğun olaraq Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrimizi möhkəmləndiririk, onun layiqli əmək, əməyin və ətraf mühitin mühafizəsi uğrunda keçirdiyi daimi aksiyalarda iştirak edirik. Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının bütün həlledici istiqamətlərinin formalaşmasında iştirak edir. 

Sanatoriyaların bərpası üçün ayrılan vəsaitin həcmi açıqlandı

24.04.2014 (HƏFTƏ İÇİ)

 

Bakıda Şıxov sanatoriyası istisna olmaqla, digərlərində yenidənqurma işləri aparılır. Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.S.Mehbalıyev bildirib ki, sanatoriyaların bərpası üçün 2 milyon manata yaxın vəsait ayrılıb və bu vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir formaya salınıb.Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib, yenidən qurulub: "Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm təşkilatlar, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir".

Səttar Mehbalıyev: “İldən-ilə həmkarlar ittifaqları hesabına istirahət edənlərin sayı artır”

29.04.2014 (OLAYLAR)

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan bütün sanatoriyalarda əsaslı təmir işləri aparılır”. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, Bakıda Şıx sanatoriyası istisna olmaqla, yerdə qalan bütün sanatoriyalarda yenidənqurma işləri aparılır: “ Bu sanatoriyaların bərpası üçün 2 milyon manata yaxın vəsait ayrılıb. Həmin vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir tələblərə uyğunlaşdırılıb. Eyni zamanda sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib”. AHİK sədrinin bildirdiyinə görə, ildən-ilə həmkarlar ittifaqlarının hesabına istirahət edənlərin sayı artır: “Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm iş təşkilatları, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir”. S.Mehbalıyev əlavə edib ki, keçmiş “Məhsul” stadionunda təmir-tikinti işləri aparılmalıdır: “Məhsul” stadionu da daxil olmaqla, bizim balansımızda olan digər obyektlərdə təmir-tikinti işləri aparmalıyıq”.

"Azərbaycanda çalışan xarici və azərbaycanlı fəhlələrin əməkhaqqısı arasında 40% fərq var"

 24.04.2014 - (TREND)   

         

       “Azərbaycanda dünyanın digər ölkələrindən gəlib fəhlə kimi çalışan şəxslə eyni işi görən azərbaycanlı fəhlənin əməkhaqqısı arasında 40% fərq var”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.Onun sözlərinə görə, xaricdən ölkəmizə gəlib, burada çalışan şəxslərə müəyyən səbəblərdən üstünlük verilməsi təbiidir: “Lakin Azərbaycanda işləyən xarici vətəndaşlarla azərbaycanlılar arasında əməkhaqqı məsələsində fərq çox böyükdür. Artıq transmilli kontraktların bağlanmasında, həmçinin şirkətlər arasında əldə olunana razılıqlarda (müqavilələrdə) xaricdən gətirilən fəhlələrin Azərbaycan vətəndaşları ilə əvəz olunması şərti qeyd edilir. Bu məsələ müvafiq dövlət orqanları tərəfindən nəzarətə götürülüb”.Millət vəkili deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz sahəsində bu məsələlərə nəzarət edir: “Gələcəkdə azərbaycanlı mütəxəssislər ölkəmizdə çalışan çoxsaylı xarici vətəndaşların yerində çalışıb yüksək maaş ala biləcəklər”.

bottom of page